Lavrovun müavini: Trampın təkliflərində mövqeyimizə zərər verəcək elementlər olmamalıdır

Donald Trampın Ukraynaya dair təkliflərini nəzərdən keçirməyə hazırıq, lakin onlarda mövqeyimizə zərər verəcək elementlər olmamalıdır.

 

Azinformasiya.az  xəbər verir ki, bunu CNN telekanalına müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

Onun sözlərinə əsasən, Rusiya hazırkı mövqeyinin əsasını təşkil edən elementlərdən imtina etmək niyyətində deyil.

Qeyd edək ki, seçki kampaniyası zamanı D. Tramp Rusiya ilə Ukrayna arasındakı münaqişəni özünün andiçmə mərasiminədək həll etmək planının olduğunu açıqlayıb.

Bununla belə o, detallarla bağlı heç bir fikir söyləməyib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir