Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
Azinformasiya.az Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı tərəflər Suriyada kəskin şəkildə pisləşən vəziyyəti ətraflı müzakirə ediblər.
Liderlər həm ikitərəfli formatda, həm də Astana prosesi çərçivəsində qarşılıqlı fəaliyyətin gücləndirilməsinin tərəfdarı olduqlarını bildiriblər.
Putin, eyni zamanda radikal qrupların Suriya dövlətinə qarşı təcavüzünün dayandırılmasının vacibliyini qeyd edib.
Məlumatda əsasən, Putin və Ərdoğanın Suriyada vəziyyətin normallaşdırılmasında Rusiya, Türkiyə və İran arasında sıx koordinasiyanın əsas əhəmiyyətini qeyd etdikləri vurğulanıb.
Bundan başqa, dövlət başçıları iki ölkə arasında ticarət, iqtisadi və enerji sahəsində əməkdaşlığın inkişafı barədə fikir mübadiləsi aparıblar.
Azinformasiya.az