Von der Leyenlə Slovakiya Baş naziri arasında telefon danışığı olub

Avropa Komissiyası (AK) qurumun prezidenti Ursula von der Leyen ilə Slovakiyanın Baş naziri Robert Fitso arasında telefon danışığına dair məlumatları təsdiqləyib.

 

Azinformasiya.az  Slovakiya mətbuatına istinadən xəbər verir ki, danışıq zamanı Fitso AK rəhbərinə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın Kiyevə səfərində söylədiyi fikirlərə görə irad bildirib.

Avrokomissiyanın nümayəndəsi Paula Pinio həqiqətən də həmin telefon söhbətinin baş tutduğunu bildirsə də, təfərrüatları açıqlamayıb.

Qeyd edək ki, tərəflər arasında baş tutan söhbət barədə “Denik N” portalının yaydığı məlumatda Kallasın Avropa İttifaqının Rusiya-Ukrayna müharibəsində Ukraynanın qələbəsini istədiyi barədə fikirlər söylədiyi iddia edilib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir