Sumqayıtda kafedə ölüm faktı olub.
Azinformasiya.az xəbər verir ki, hadisə 9-cu mikrorayon ərazində yerləşən kafelərdən birində baş verib.
1984-ci il təvəllüdlü Anar İlham oğlu Mustafayevin qəfil halı pisləşib. Təcili tibbi yardım çağırılsa da, onu xilas etmək mümkün olmayıb.
A.Mustafayevin ürək tutmasından dünyasını dəyişdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az