Pakistanda məzhəblərarası toqquşmalarda ölənlərin sayı 50 nəfəri ötüb

Pakistanın Kurram bölgəsində sünni və şiə qruplaşmalar arasında məzhəblərarası toqquşmalar davam edir.

 

Azinformasiya.az  Türkiyənin NTV telekanalına istinadən verdiyi xəbər verir ki, ötən gecə toqquşmalarda daha 18 nəfər öldürülüb, 30 nəfər isə yaralanıb.

Qeyd edək ki, noyabrın 21-də bölgədə naməlum şəxslər sərnişin avtobusu və minik avtomobillərini atəşə tutub. Ümumilikdə, indiyə kimi əyalətdə toqquşmalar nəticəsində ölənlərin sayı 50 nəfəri ötüb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir