Goranboyda bıçaqlanma hadisəsi olub.
Azinformasiya.az xəbər verir ki, hadisə rayonun Nərimanlı kəndi ərazsində baş verib. Lerik rayon sakini 1990-cı il təvəllüdlü İbrahimov Samir Akif oğlu Balakürd kənd sakini 1990-cı il təvəllüdlü Fərəcova Gözəl Rasim qızını bel nahiyəsindən bıçaqlayıb. Onun sonra avtomobillə qadının üstündən keçdiyi bildirilir.
G. Fərəcova xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az