Kreml Amerika mətbuatında Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisinə uzaqmənzilli raket zərbələri endirməsinə icazə verməsi ilə bağlı məlumatları şərh edib.
Azinformasiya.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov Kremlin məlum məlumatlarla tanış olduğunu söyləyib.
Onun sözlərinə əsasən, Kreml indiyə kimi hələlik ancaq Qərb mediasında ABŞ-nin Rusiyanın dərinliklərinə uzaqmənzilli raket zərbələri endirməsinə icazə verməsi ilə bağlı nəşrləri görüb.
Rusiya o mövedən çıxış edir ki, ATACMS raketləri ilə Rusiya Federasiyasının dərinliklərinə hücum etmək qərarı keyfiyyətcə yeni gərginlik mərhələsi deməkdir.
“Əgər belə bir qərar həqiqətən verilibsə və Kiyev rejiminə çatdırılıbsa, əlbəttə ki, bu, keyfiyyətcə yeni gərginlik mərhələsidir və ABŞ-nin bu münaqişədə iştirakı baxımından keyfiyyətcə yeni vəziyyətdir”, -Kremlin sözçüsü vurğulayıb.
Azinformasiya.az