Astarada avtomobil piyadanı vuraraq öldürüb.
Azinformasiya.az xəbər verir ki, hadisə dünən axşam saatlarında rayonun Pensər kəndində qeydə alınıb.
Belə ki, Qismət Feyziyev idarə etdiyi “VAZ 2104” markalı avtomaşınla idarəetməni itirərək piyada Xəyalə Nəsirovanı vurub.
Qəza nəticəsində Xəyalə Nəsirova aldığı xəsarətlərdən hadisə yerində dünysını dəyişib.
Fakta bağlı cinayət işi başlanılıb.
Azinformasiya.az