Hizbullah şiə təşkilatının informasiya xidmətinin rəhbəri Məhəmməd Afif Beyrutun mərkəzindəki Ras-ən-Nəba bölgəsinə İsrail hava hücumu nəticəsində öldürülüb.
Azinformasiya.az xəbər verir ki, bu barədə Livanın təhlükəsizlik xidmətindəki mənbələrə istinadən “Al Jadeed” telekanalı məlumat yayıb.
Məlumata əsasən, Afif Suriyayönlü Ərəb Sosialist İntibah Partiyasının qərargahının yerləşdiyi binada olub və o, ən azı iki raket zərbəsinə məruz qalıb.
Respublika Səhiyyə Nazirliyinin məlumatına görə, üç mülki şəxs də yaralanıb.
Azinformasiya.az