ABŞ Polşada raketdən müdafiə sistemi yerləşdirməklə Rusiyanın hərbi potensialını cilovlamaq istəyir.
Azinformasiya.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə əsasən, Vaşinqton Polşa ərazisində raketdən müdafiə sistemi yerləşdirməklə öz hərbi infrastrukturunu Rusiya sərhədlərinə doğru irəli çəkir.
“Amerikanın hərbi infrastrukturunun Avropa ərazisindəki sərhədlərimizə doğru irəliləməsi bizim hərbi potensialımızı cilovlamaq cəhdindən başqa bir şey deyil”, – Kreml sözçüsü vurğulayıb.
Azinformasiya.az