Qarabağda meyitləri tapılan erməni hərbçilərin sayı artır

Hadrutda aparılan axtarışlar zamanı daha 6 erməni hərbçisinin meyiti aşkarlanıb.

Bu barədə Azinformasiya.Az Ermənistan mətbuatına istinadən xəbər verir.

Qeyd edilir ki, onların meyitləri tanınmaz hala düşüb. Lakin əsgərlərin üzərində hərbi biletləri var. Bu gün Hadrutla yanaşı, Cəbrayıl, Əsgəran istiqamətlərində də axtarışlar aparılıb.

Bununla da Qarabağda tapılan erməni meyitlərinin sayı 1 194-ə çatıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir