Samuxda avtomobil piyadanı vurub.
Azinformasiya.az xəbər verir ki, hadisə rayonun Lək kəndində məktəbin qarşısında baş verib.
Hərəkətdə olan avtomobil yolu keçmək istəyən məktəbli, 2011-ci il təvəllüdlü M.Məmmədzadəni vurub. Yeniyetmə dərhal xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az