Lavrov Zelenskinin Qələbə Planını şizofreniya adlandırıb

Rusiya xarici işlər naziri Sergey Lavrov Ukraynanın “Sülh Formulu”nu küt, Vladimir Zelenskinin “Qələbə Planı”nı isə şizofreniya adlandırıb.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə Lavrov Belarus paytaxtı Minskdə keçirilən II Beynəlxalq Avrasiya Təhlükəsizliyi konfransında bildirib.

O qeyd edib ki, “formula”, “plan” və “Kiyevin nəzarətində olan Ukraynanın istər NATO, istərsə də Avropa İttifaqına üzvlüyü ilə bağlı fantaziyalar” Avropada sülhü yaxınlaşdırmır: “Avropada sülh yalnız etibarlı, davamlı təhlükəsizlik zəmanətləri ilə, məsələn, Rusiyanın 2021-ci ildə irəli sürdüyü təşəbbüsləri əsasında mümkündür. Onlar düşmən blok siyasətindən və neokolonializmdən əl çəksələr, Rusiya Qərb ölkələri də daxil olmaqla bütün Avrasiyanın təhlükəsizliyinin tərəfdarı olar. Ukraynanın 1991-ci il sərhədlərinə qaytarılması tələbləri göstərir ki, Qərbi “insanların taleyi deyil, yalnız ərazi maraqlandırır”.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir