Rusiya XİN Ukrayna ilə bağlı “Almaniya ssenarisi”ni qəbuledilməz adlandırıb

Moskva Ukraynanın Rusiya ərazilərinə iddialarından imtinası müqabilində Şimali Atlantika Alyansına qoşulması həlli ssenarisi ilə razılaşa bilməz.

 

Azinformasiya.az  xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik “İzvestiya”ya müsahibəsində bildirib.

Onun sözlərinə əsasən, Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı “Almaniya ssenarisi” Kiyevin Rusiya ərazilərinə iddialarından imtinası müqabilində NATO-ya qoşulmasını ehtiva edir və Moskva bu ssenari ilə razılaşa bilməz.

“Ukraynanın hər hansı bir hissəsinin NATO-ya daxil olması qəbuledilməzdir və yalnız münaqişəni daha da gərginləşdirmək cəhdi kimi qiymətləndirilə bilər”, – deyə rusiyalı diplomat vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir