Rusiyada helikopter qəzaya uğrayıb, 3 nəfər ölüb

Rusiyanın Kirov vilayətində göyərtəsində 4 nəfərin olduğu Mi-2 helikopteri sərt eniş edib və nəticədə 3 nəfər ölüb.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə TASS-a Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat verib.

“Mi-2 vertolyotu Kirov rayonuna sərt eniş edib, axtarış işləri aparılır. Hazırda xilasedicilər 3 nəfərin cəsədini tapıblar”, – deyə mətbuat xidməti bildirib.

Qəzaya uğrayan helikopter Səhiyyə Nazirliyinə məxsus olub və göyərtəsində bir pilot, bir həkim və iki tibb işçisi olub.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir