İsrail İranı ölkəyə aviazərbələr endiriləcəyi ilə bağlı üçüncü ölkələr vasitəsilə əvvəlcədən xəbərdar edib.
Azinformasiya.az xəbər verir ki, bu barədə yazı “Axios” qəzetində dərc edilib.
Xəbərdarlıqda, həmçinin aviahücumlara cavab veriləcəyi təqdirdə daha qətiyyətli adekvat tədbirlərin görüləcəyi qeyd olunub.
Qəzet onu da yazıb ki, İsrailin bu xəbərdarlığı regionda eskalasiyaya və qarşılıqlı aviazərbələrə imkan verməmək olub.
Azinformasiya.az