Rusiya prezidenti Vladimir Putin Qərbə xəbərdarlıq edib.
Azinformasiya.az xəbər verir ki, Putin Kazanda keçirilən BRİCS 2024 sammitinin yekunlarına dair mətbuat konfransında Rusiyanın gərginliyə hazır olduğunu söyləyib.
“Rusiya vəziyyəti gərginləşdirmək üçün oynamır, bunu qarşı tərəf edir. Biz bu gərginliyə hazırıq”, – deyə Putin xəbərdarlıq edib.
O, Rusiya üçün həll yolunun ölkənin təhlükəsizliyini artırmaq olduğunu söyləyib: “Bu, dövlət olaraq müstəqilliyimizi təmin edirik. Rusiya suverenliyini itirərsə, mövcud ola bilməz.”
Putin NATO-nun şərqə doğru genişlənməsinin ədalətli olmadığını vurğulayıb.
“NATO-nun genişlənməsi olmayacaq deyə üzümüzə yalan danışıb sonra bunu etmək ədalətlidirmi? Ukraynada çevrilişi maliyyələşdirməklə bütün hüquq prinsiplərini nəzərə almadan dövlət çevrilişi etmək ədalətlidirmi?”.
Azinformasiya.az