Rusiya Prezidenti Azərbaycanla Ermənistan arasında demarkasiya və delimitasiya proseslərinin başlamasını təqdir edib

Azərbaycanla Ermənistan arasında demarkasiya və delimitasiya proseslərinin başlamasını qeyd etmək çox xoşdur.

 

Azinformasiya.az  xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Kazan şəhərində keçirilən XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclasında çıxışında bildirib.

Onun sözlərinə əsasən, delimitasiya və demarkasiya proseslərinin başlanması sülh müqaviləsinə gedən düzgün yoldur.

Putin BRICS+ sammitində Azərbaycan və Ermənistan liderləri arasında fikir mübadiləsinin aparılmasının tədbirə müsbət dəyər qatdığını deyib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir