Şəmkirdə mopedlə avtomobil toqquşub, moped sürücüsü ölüb

Şəmkirdə yol-nəqliyyat hadisəsi olub.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Şəmkir ərazisindən keçən hissəsində baş verib.

Rayonun Qaracəmirli kənd sakini 2000-ci il təvəllüldü Höcət Əhmədovun idarə etdiyi mopedlə minik maşını toqquşub.

Qəza zamanı xəsarət alan moped sürücü xəstəxanaya aparılıb. O, xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir