Rusiya və Çin prezidentləri Kazanda görüşüblər

Rusiya prezidenti Vladimir Putinlə Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında danışıqlar keçirilib.

 

Azinformasiya.az  xəbər verir ki, Rusiya-Çin danışıqları Kazanda keçirilən BRICS sammiti çərçivəsində baş tutub.

Danışıqlarda Rusiya və Çin arasındakı münasibətlər müzakirə olunub.

Putin bildirib ki, Moskva ilə Pekin arasında əməkdaşlıq ölkələrarası münasibətlərə bir nümunədir.

Si Cinpin isə vurğulayıb ki, son on ildə Çin və Rusiya Federasiyası arasında münasibətlər uzun yol keçib və görünməmiş xarakter alıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir