Ukrayna Prezidenti: Nüvə silahı istəmirik, vaxtında imtina etdiyimizə görə, müharibə ilə qarşılaşdıq

“Ukraynaya nüvə silahı əvəzinə təhlükəsizlik zəmanəti verilməli, ölkəmiz NATO-ya üzv olmalıdır”.

 

Azinformasiya.az  “UNIAN“a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

O bildirib ki, Rusiyanı dayandırmaq üçün yetərincə silah-sursata malik olmaması Ukraynanın vəziyyətini çətinləşdirir:

“Ölkəmizə nüvə silahı göndərilməsini istəmirik. Biz vaxtında bu silahdan imtina etdiyimizə görə, müharibə ilə qarşılaşdıq və çox sayda qurbanlar verdik. İndiki məqamda Ukraynanın NATO-ya üzvlüyü yeganə çıxış yoludur. Bu, bizə ona görə lazımdır ki, Rusiyanı dayandırmağa kifayət edəcək silahımız yoxdur”.

Həmçinin o qeyd edib ki, Ukrayna NATO-ya üzv olmaq müqabilində Rusiyanın nəzarətindəki ərazilərdən imtina etmək niyyətində deyil.

Ukrayna dövlət başçısı eyni zamanda rəsmi Moskvanı danışıqlara cəlb edə biləcək nüansları da açıqlayıb:

“Üç əsas faktor var ki, onlar Rusiyanı danışıqlar masasına gətirə biləcək. Onlardan biri ABŞ-də keçiriləcək prezident seçkiləri, Qlobal Cənub ilə əməkdaşlıq, eləcə də energetika və gəmiçilik məsələlərində real nəticələrə nail olunmasıdır”.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir