İraq Baş naziri İŞİD liderinin öldürüldüyünü açıqlayıb

İŞİD-in İraqdakı qanadının lideri xüsusi əməliyyat zamanı öldürülüb.

 

Azinformasiya.az  “Reuters“ə istinadən xəbər verir ki, bunu İraqın Baş naziri Məhəmməd Şiya əs-Sudani açıqlayıb.

Xüsusi əməliyyat şimaldakı Həmrin dağ silsiləsinin yerləşdiyi ərazidə keçirilib.

Hökumət rəhbəri, həmçinin qeyd edib ki, həmin şəxslə yanaşı, bu terror təşkilatının 8 üzvü də zərərsizləşdirilib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir