Bu il BRİCS-ə yeni üzv dövlətlərin qəbulundan söhbət getmir.
Azinformasiya.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Serbiyanın “Politika” nəşrinə müsahibəsində bildirib.
Onun sözlərinə əsasən, 2024-cü ildə yeni dövlətlərin BRİCS-ə qəbulundan sözün həqiqi mənasında söhbət getmir.
“Bu il BRİCS-ə yeni üzvlərin qəbulundan bu gün söhbət getmir. Fakt budur ki, 1 yanvar 2024-cü il tarixindən etibarən BRİCS birliyi demək olar ki, iki dəfə genişlənib. Təzə qoşulanların uyğunlaşması hələ axıra qədər getməyib”, – deyə rusiyalı nazir müavini vurğulayıb.
Azinformasiya.az