Şabranda kanalda qadın meyiti tapılıb

Samur-Abşeron kanalının Şabran rayonunun Gəndob kəndi ərazisindən keçən hissəsində qadın cəsədi aşkarlanıb.

 

Azinformasiya.az  xəbər verir ki, kanalın dəmir barmaqlıqlarına ilişən cəsədi suyun səviyyəsi yüksək olduğu üçün hələ ki, sudan çıxartmaq mümkün olmayıb. Əraziyə FHN-nin və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Meyitin şəxsiyyəti məlum deyil.

Hazırda fakt araşdırılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir