İran XİN başçısı: Biz sülh tərəfdarıyıq, ancaq istənilən ssenariyə də hazırıq

“Biz sülhün tərəfdarıyıq, ancaq istənilən ssenariyə də hazırıq”.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi İstanbulda Türkiyənin XİN rəhbəri Hakan Fidan ilə birgə mətbuat konfransında bildirib.

“Regionda müharibənin yayılması ciddi təhlükədir. Biz sülhün tərəfdarıyıq, lakin istənilən ssenariyə də hazırıq. İsrail törətdiyi hərbi cinayətlərdə heç bir məhdudiyyət tanımır. Biz Qəzza və Livanda daimi və dərhal atəşkəsin tərəfdarıyıq”, – Abbas Əraqçi vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir