Hakan Fidan: Netanyahu İranı müharibəyə cəlb etməyə çalışır

Türkiyə bölgədə müharibə istəmir.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə Türkiyənin XİN başçısı Hakan Fidan İstanbulda İranın xarici işlər naziri Abbas Əraqçi ilə birgə mətbuat konfransında bildirib.

O qeyd edib ki, müharibənin bütün bölgəyə yayılma riskini gözardı etməmək lazımdır: “Biz bölgəmizdə müharibə istəmirik. Mövcud gərginliyi azaltmaq üçün Qəzzada təcili olaraq atəşkəs elan edilməlidir. İsrail Livana qarşı hücumlarına son qoymalıdır”.

Hakan Fidan, həmçinin qeyd edib ki, Netanyahu bölgədə davamlı olaraq yeni cəbhələr açır və İranı bu müharibəyə cəlb etməyə çalışır.

XİN başçısı vurğulayıb ki, Türkiyə və İran bu bölgədə əbədi olaraq var olacaqlar.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir