Rusiya MN: Ötən gecə 16 Ukrayna PUA-sı vurulub

Ötən gecə Rusiya hava hücumundan müdafiə sistemləri Belqorod, Bryansk və Rostov vilayətləri üzərində Ukraynaya məxsus 16 PUA-nı məhv edib və ələ keçirib.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, oktyabrın 19-da saat 00:00-dan 06:00-ya qədər Rusiya ərazisindəki obyektlərdə PUA-lardan istifadə etməklə terror aktları həyata keçirmək cəhdlərinin qarşısı alınıb. Ukraynaya məxsus 13 pilotsuz uçuş aparatı Bryansk vilayəti ərazisində, 2-si Rostov vilayəti ərazisində, 1-i isə Belqorod vilayətində vurulub.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir