Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan xalqını Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib.

 

Azinformasiya.az  xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan bununla bağlı “X” platformasında paylaşım edib.

“Dostumuz, qardaşımız, iki dövlət, bir millət anlayışına sahib olduğumuz Azərbaycanın 18 oktyabr Müstəqilliyin Bərpası Gününü təbrik edirəm. Prezident və dəyərli qardaşım İlham Əliyevə və bütün Azərbaycan xalqına Türkiyənin salam və sevgilərini çatdırıram”, – deyə təbrikdə bildirib.

 

Azinformasiya.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir