Kanada Ukraynaya 47 milyon dollarlıq növbəti yardım paketini elan edib

Kanada Ukraynaya 47 milyon ABŞ dolları həcmində silah-sursat göndərəcək.

 

Azinformasiya.az  “Reuters“ə istinadən xəbər verir ki, bunu Kanadanın müdafiə naziri Bill Bler açıqlayıb.

O deyib ki, hökumətin iyulda Ukraynaya ayırdığı 500 milyon dollar vəsaitin hesabına maliyyələşdiriləcək hərbi yardım paketinə silah-sursat və sirehli vasitələr daxildir. Kanada müdafiə nazirinin sözlərinə əsasən, rəsmi Ottavanın əsas məqsədi müharibədə Ukraynanın qələbəsini təmin etməkdən ibarətdir.

Qeyd edək ki, ötən ay Kanada 80 min 840 ədəd “hava-yer” tipli raket, eləcə də 1300 ədəd döyüş başlığı veriləcəyini açıqlayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir