Cəbrayılda iki maşın toqquşub, ölən və xəsarət alan var

Cəbrayılda ağır yol qəzası olub.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə bu gün saat 9 radələrində rayonun Soltanlı kəndi ərazisində baş verib. Sulduz Qəmbərzadənin idarə etdiyi “Ford” markalı avtomobil və Ədalət Zeynalovun idarə etdiyi “Niva” markalı minik maşını toqquşub. Hadisə nəticəsində “Niva”nın sürücüsü ölüb, “Ford”un sürücüsü isə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir