Türkiyə XİN “3+3” platformasının İstanbuldakı iclası ilə bağlı açıqlama yayıb

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) “3+3” platformasının İstanbuldakı iclası ilə bağlı açıqlama yayıb.

 

Azinformasiya.az  Türkiyə XİN-ə istinadən xəbər verir ki, açıqlamada bildirilir ki. “3+3” Cənubi Qafqaz Regional Əməkdaşlıq Platformasının üçüncü iclası 18 oktyabr 2024-cü il tarixində İstanbulda keçiriləcək.

“Cənab nazirimizin ev sahibliyi çərçivəsində keçiriləcək iclasa Azərbaycan, Ermənistan, İran və Rusiya xarici işlər nazirləri qatılacaq”, – açıqlamada deyilir.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir