İsrail müdafiə naziri HAMAS lideri Yəhya Sinvarın ölümünə eyham vuran paylaşım edib

İsrail müdafiə naziri Yoav Qallant HAMAS lideri Yəhya Sinvarın ölümünə dair xəbərlərin fonunda “İsrailin düşmənlərinin məhv ediləcəyi” vədini verib.

 

Azinformasiya.az  xəbər verir ki, o, bununla bağlı “X” səhifəsində yazıb.

“Düşmənlərimiz bizdən gizlənə bilməz, biz onları izləyib məhv edəcəyik”,- Qallant bildirib.

İsrailin müdafiə naziri, həmçinin Hizbullahın öldürülmüş lideri Həsən Nəsrullah və HAMAS-ın hərbi qanadının lideri, “İzzəddin Briqadası”nın komandiri Məhəmməd Deifin fotolarını paylaşıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir