Ukrayna Ali Radası Vladimir Zelenskinin Qələbə Planını yekdilliklə dəstəkləyib.
Azinformasiya.az “UNIAN“a istinadən xəbər verir ki, bunu spiker Ruslan Stefançuk bildirib.
O deyib ki, qərar prezident Vladimir Zelenski ilə iki saata yaxın davam edən müzakirələrin ardından qəbul edilib.
R.Stefançukun sözlərinə əsasən, sənəddə bir sıra məxfi məqamlar mövcuddur.
Azinformasiya.az