Astarada kollec tələbəsinin meyiti tapılıb.
Azinformasiya.az xəbər verir ki, hadisə rayonun Təngərüd kəndində qeydə alınıb. Kənd sakini 2007-ci il təvəllüdlü Məhəmmədəli Şamil oğlu Qəmxarovun meyiti yaşadığı evdə aşkarlanıb.
Qeyd edək ki, 17 yaşlı gəncin intihar etdiyi bildirilir.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Azinformasiya.az