Moskvada avtomobil partladılıb, yaralananlar var

Rusiya paytaxtında avtomobil partladılıb.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə paytaxtın Profsoyuznaya küçəsində qeydə alınıb.

Avtomobildə əldəqayırma partlayıcı qurğu işə düşüb. Nəticədə biri altı yaşlı uşaq olmaqla 3 nəfər yaralanıb.

Rusiya Federasiyası İstintaq Komitəsinin Moskva şəhəri üzrə Baş İstintaq İdarəsində faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsi (iki və ya daha çox şəxsi öldürməyə cəhd) ilə cinayət işi açılıb.

Yaralılar Moskvanın tibb müəssisələrinə çatdırılıb və onlara ixtisaslı yardım göstərilir.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir