TBMM sədri: Beynəlxalq platformalarda həmrəy olduğumuz qardaş Azərbaycanla hər zaman çiyin-çiyinəyik

Azərbaycan və Türkiyə parlament sədrləri Cenevrədə görüşüb.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin (TBMM) Numan Kurtulmuş “X” səhifəsində yazıb.

TBMM sədri qeyd edib ki, Parlamentlərarası İttifaqın (PAİ) 149-cu Assambleyası çərçivəsində Cenevrədə Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşüb.

“Ölkələrimiz arasında hər sahədə sıx inkişaf edən münasibətlərin getdikcə artmasından qarşılıqlı məmnunluğumuzu ifadə etdiyimiz görüşdə regional və qlobal hadisələri müzakirə etdik.

Görüşümüz zamanı biz də bir daha təsdiq etdik ki, biz beynəlxalq platformalarda həmrəy olduğumuz qardaş Azərbaycanla hər zaman çiyin-çiyinəyik”, – Kurtulmuş vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir