NATO-nun sabiq baş katibi (2014-2024) Yens Stoltenberq onun sədrliyi ilə Münhen Təhlükəsizlik Konfransının müxtəlif fikirlərin ifadəsi üçün platforma və müxtəlif ölkələrin nümayəndələrinin görüş yeri olacağına söz verib.
Azinformasiya.az xəbər verir ki, Yens Stoltenberq bu barədə “Spiegel” jurnalına müsahibəsində deyib.
O bildirib ki, sədr kimi konfransın missiyasına töhfə verməyə çalışmaq istəyir: “Dialoq vasitəsilə sülh olsun”. Stoltenberq 2025-ci ilin yazında forumun rəhbəri vəzifəsini icra edəcək.
“Lakin mən hesab edirəm ki, konfrans çox vacib idi, çünki bu, bir-birini düşmən hesab edən, çox fərqli ölkələr üçün yaxşı platformadır” – o deyib.
“Biz başa düşməliyik ki, biz qlobal dünyada yaşayırıq və qlobal perspektivə ehtiyacımız var”, – NATO-nun sabiq baş katibi deyir.
Azinformasiya.az