Türkiyədə işçiləri daşıyan mikroavtobus aşıb: 2 nəfər ölüb, 13 nəfər yaralanıb

Türkiyənin Karaman bölgəsində kənd təsərrüfatı işçilərini daşıyan mikroavtobus aşıb, nəticədə 2 nəfər ölüb, 13 nəfər yaralanıb.

 

Azinformasiya.az  TRT Haber-ə istinadən xəbər verir ki, qəza səhər saatlarında baş verib.

Hadisə yerinə polis və sağlamlıq qrupları sövq edilib.

Yaralılar təcili yardımla Karaman Təhsil və Araşdırma Xəstəxanasına aparılıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir