KİV: İsrail Livana hava zərbələri endirib

İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Livanın şimal-şərqinə bir sıra zərbələr endirib.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb.

Məlumata əsasən, İsrail hərbi aviasiyası Baalbek şəhərinin şimalında yerləşən Makna və Yunin yaşayış məntəqələri yaxınlığındakı hədəflərə hücum edib.

Hücumla bağlı başqa təfərrüatlar hələlik verilməyib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir