Şəkidə “Range Rover”lə “Niva” toqquşub, xəsarət alan var

Şəkidə “Range Rover” və “Niva” markalı avtomobillər toqquşub, xəsarət alan var.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə Şəki şəhər ərazisində qeydə alınıb.

Bakı şəhər sakini 48 yaşlı Xəzər İsrafilovun idarə etdiyi “Range Rover” markalı minik avtomobili ilə Şəki rayon sakini 23 yaşlı Qorxmaz Mustafayevin idarə etdiyi “Niva” markalı minik avtomobili toqquşub. Qəza zamanı “Range Rover” markalı avtomobildə olan sərnişin, sürücünün həyat yoldaşı Təranə İsrafilova müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir