Almaniya XİN: Putin Şoltsla telefon danışığından imtina edib

Rusiya Prezidenti Vladimir Putin Almaniya Kansleri Olaf Şoltsla Ukraynada sülh mövzusunu müzakirə etməkdən imtina edib.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə “Reuters“ Almaniyanın xarici işlər naziri Annalena Berboka istinadən məlumat yayıb.

“Ukrayna ədalətli sülhə hazırdır”, – Berbok qeyd edib.

XİN başçısı vurğulayıb ki, məhz Putin sülh yolu ilə nizamlanmanın həlli yollarını axtarmaqdan imtina edir:

“O, sülhü qəbul etməkdən imtina edir və hər gün müharibə və dağıntının lehinə növbəti bir siqnal göndərir. Bu günlərdə Almaniya Kansleri ilə telefonla danışmağa belə hazır deyil”.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir