Hərbi blokların yaradılması ilə bağlı istənilən ideya qarşıdurma riski daşıyır.
Azinformasiya.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Şərqi Asiya sammitinin yekunları ilə bağlı Yaponiyanın Asiyada NATO analoqunun yaradılması təklifini şərh edərkən deyib.
Onun sözlərinə əsasən, Asiyada hərbi blokların yaradılması ilə bağlı istənilən ideya özündə qarşıdurma riski daşıyır və bu, qaynar fazaya çevrilə bilər.
O qeyd edib ki, Moskva Asiya-Sakit okean regionunun hərbiləşdirilməsi risklərini müşahidə edir.
Lavrov Qərbin ASEAN-ın işini Rusiya və Çinin maraqlarına qarşı yönəltmək istədiyini də söyləyib.
Azinformasiya.az