Ukrayna PUA-larla Rusiyanın Adıgey Respublikasında yerləşən hərbi aerodroma hücum edib.
Azinformasiya.az xəbər verir ki, PUA hücumundan sonra aerodrom ərazisində yanğın başlayıb. Nəticədə hərbi aerodroma bitişik olan qəsəbə təxliyə olunub.
Adıgeyin rəhbəri Murad Kumpilov bildirib ki, Maykop ətrafı Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb və yanğın baş verib. Onun sözlərinə görə, aerodroma bitişik olan Rodnikovıy qəsəbəsinin sakinləri təxliyə olunur.
1,3 min nəfər insanın təxliyə edildiyi bildirilir.
Kumpilov PUA hücumu nəticəsində xəsarət alanların olmadığını söyləyib.
Azinformasiya.az