Avropa Parlamentinin qətnaməsində Bidzina İvanişviliyə sanksiyaların tətbiq olunmasına çağırış edilib

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib.

 

Azinformasiya.az  xəbər verir ki, 2 gün davam edən müzakirələrin yekununda səsə qoyulmuş qətnamənin lehinə 495, əleyhinə 73 deputat səs verib, 86 deputat isə bitərəf qalıb. Qətnamədə Avropa Parlamentinin Gürcüstanda “demokratik geriləmə”dən dərin narahatlıq keçirdiyi qeyd edilib və Avropa İttifaqından (Aİ) Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının lideri Bidzina İvanişviliyə qarşı sanksiyalar tətbiq etməsi istənilib.

Qətnamənin mətnində, eyni zamanda həbsdə olan keçmiş prezident Mixeil Saakaşvilinin azadlığa buraxılması, Gürcüstanın Rusiyaya sanksiya tətbiq etməsi, Aİ-nin Gürcüstana maliyyə yardımını dondurması çağırışları yer alıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir