Şəkidə 69 yaşlı piyadanı maşın vurub

Şəkidə 69 yaşlı piyadanı maşın vurub.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə Şəki-Marxal avtomobil yolunda qeydə alınıb.

Afiq Hüseynov idarə etdiyi “VAZ 2107” markalı minik avtomobili ilə piyada 69 yaşlı Camal Nuru oğlu Xalıqovu vurub. Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan C.Xalıqov Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib.

Faktla bağlı Şəki Rayon-Şəhər Polis Şöbəsində araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir