Cəlilabadda avtomobil körpüdən çaya aşıb, xəsarət alanlar var

Cəlilabadda yol-nəqliyyat hadisəsi olub.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə Cəlilabad şəhəri ərazisində, Cəlilabad Müalicə Diaqnostika Mərkəzinin yaxınlığında baş verib.

Belə ki, hərəkətdə olan, minik avtomobilinin çaya düşməsi nəticəsində bir neçə nəfər xəsarət alıb.

Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda yaralıların şəxsiyyəti müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir