“Dekabrın 31-də daha bir şad xəbər gəldi. Cənub Qaz Dəhlizi tam istismara verilmişdir. Onun son seqmenti olan TAP istismara verildi”.
Azinformasiya.Az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 6-da 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə çıxışı zamanı deyib.
“Azərbaycan qazı artıq Avropa məkanındadır. Tarixdə ilk dəfə olaraq. Və bu, bizim tarixi nailiyyətimizdir”, – deyə Prezident əlavə edib.