İran İslam İnqilab Keşikçilərinin (SEPAH) Qüds Qüvvələrinin komandanı İsmayıl Qaaninin vəziyyəti yaxşıdır və işini davam etdirir.
Azinformasiya.az xəbər verir ki, bunu SEPAH-ın Qüds Qüvvələri komandanının müavini İrəc Məscidi deyib.
General bildirib ki, Qaani sağlamdır və aktivdir.
Qeyd edək ki, İsrailin Beyruta endirdiyi hava hücumlarından sonra Qaaninin öldüyünə dair xəbərlər yayılıb.
Azinformasiya.az