Gədəbəydə evin hamamında su qızdırıcısı partlayıb.
Azinformasiya.az xəbər verir ki, hadisə rayonun Parakənd kəndində baş verib.
Hadisə nəticəsində kənd sakini 1996-cı il təvəllüdlü A.Cəfərova bədənin 2-3-cü dərəcəli yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Ona tibbi yardım edilib və vəziyyətinin ağır olduğu bildirilir. İlkin məlumata əsasən, A.Cəfərova yaşadığı evin vanna otağında çimən zaman qızırıcıda olan nasazlıq səbəbilə qaz partlayışı qeydə alınıb.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az