Lənkəranda iki minik avtomobili toqquşub, ər və arvad xəsarət alıb

Lənkəranda yol-nəqliyyat hadisəsi olub.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə Lənkəran-Boradigah-Masallı avtomagistralında, Lənkəran rayonunun Şağlaser kəndi ərazisində qeydə alınıb.

Belə ki, hadisə zamanı iki minik avtomobili toqquşub. Qəza nəticəsində sərnişinlər Lənkəran rayon Gəgiran kənd sakinləri 1978-ci il təvəllüdlü Şücaət Əsgər oğlu İbadov və həyat yoldaşı 1978-ci il təvəllüdlü Nüşabə Hüseynağa qızı İbadova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunublar.

Qeyd edək ki, sözügedən kənddə bu gün, gecə saatlarında ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş vermişdir.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir